BAKI, 10 avqust. TELEQRAF

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiyanın Ukraynada atəşkəslə bağlı yeganə təklifini Avropa İttifaqı (Aİ) liderlərinə çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin yazdığına görə, rəsmi Moskva yalnız Ukrayna Silahlı Qüvvələrinin Donbas ərazisindən tam çıxarılacağı təqdirdə atəşkəslə razılaşmağa hazırdır.

“Vitkoff birbaşa bildirdi ki, yeganə təklif Ukrayna qoşunlarının Donbasdan birtərəfli qaydada çıxarılmasıdır”, - nəşr yazır.