BAKI, 8 avqust. TELEQRAF

İsrail ordusunun blokadada saxladığı Qəzza zolağında son sutkada daha 14 fələstinli öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə Qəzzanın səhiyyə orqanı məlumat yayıb.

"İsrail ordusu Qəzzada evləri, yardım gözləyən fələstinliləri və sığınacaqları hədəf alıb.

Nəticədə 14 nəfər ölüb, onlarla insan yaralanıb" - deyə məlumatda bildirilir.