BAKI, 7 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp yaxın 36 saat ərzində Rusiyaya qarşı sanksiyalar barədə qərar qəbul edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio bəyan edib.

Onun sözlərinə görə, Uitkoffun Putin ilə görüşü məhsuldar olub, lakin Ukrayna münaqişəsinin həlli üçün hələ çox iş görülməlidir.

Rubio yaxın bir neçə gün ərzində Tramp və Putin arasında telefon danışığının mümkünlüyünü istisna etməyib.

O qeyd edib ki, ABŞ indi Rusiyanın Ukrayna müharibəsinin həlli şərtlərini daha yaxşı başa düşür.