BAKI, 6 avqust. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş çox məhsuldar keçib, böyük irəliləyiş əldə olunub.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
"Xüsusi nümayəndəm Stiv Uitkoff elə indilərdə Rusiya Prezidenti Vladimir Putinlə çox məhsuldar görüş keçirib. Böyük irəliləyiş əldə olunub! Bəzi avropalı müttəfiqlərimizi artıq bu barədə məlumatlandırmışam. Hamı razıdır ki, müharibə bitməlidir və biz bunun yaxın günlərdə və həftələrdə baş verməsi üçün çalışacağıq", - o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.