BAKI, 4 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff avqustun 6-da Rusiyaya səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

***

04:54

ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff bu həftənin ortalarında Rusiyaya səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp bildirib.

Amerika prezidentinin sözlərinə görə, Uitkoffun səfəri çərşənbə və ya cümə axşamına planlaşdırılıb.

"O, Qəzzada humanitar vəziyyətə, o cümlədən ərzaq çatdırılmasına diqqət yetirir. Görüşə Rusiya tərəfi maraq göstərib", - Tramp deyib.