BAKI, 3 avqust. TELEQRAF

Nikolayevdə gecə saatlarında baş verən hücum nəticəsində 7 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə Nikolayev Vilayət Administrasiyasının rəhbəri Vitaliy Kim məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində 3 fərdi ev tamamilə dağılıb. Bundan əlavə, 23 fərdi ev, 12 çoxmənzilli bina, 6 avtomobil, poçt şöbəsi və bir tikinti materialları mağazası zədələnib.

Zərərçəkənlərdən dörd nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib. 57 yaşlı və 74 yaşlı iki kişi xəstəxanaya yerləşdirilib, onların vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Daha bir şəxsə ambulator yardım göstərilib.

Hücumun digər təfərrüatları və zərərin tam həcmi barədə məlumatların dəqiqləşdirilməsi davam edir.

02:33

Rusiya Ukraynanın Nikolayev şəhərinin yaşayış mikrorayonuna raket zərbəsi endirib.

Teleqraf xəbər verir ki, hücumdan sonra şəhərdə yanğın baş verib.

Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kimin məlumatına görə, həkimlər üç nəfəri xəstəxanaya yerləşdiriblər. Daha bir neçə yaralıya yerində yardım göstərilib.

"Fövqəladə Hallar Dövlət Xidmətinin bölmələri zərbə yerində xilasetmə işləri aparır və yanğını söndürməklə məşğul olurlar. Yaralananlar var", - Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatında deyilir.