BAKI, 2 avqust. TELEQRAF
"ABŞ-nin sualtı nüvə qayıqları Rusiyaya yaxındır".
Teleqraf xəbər verir ki, Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Newsmax telekanalına açıqlamasında belə deyib.
Bununla belə, o, dəqiq yer adı çəkməyib.
03.24
ABŞ Prezidenti Donald Tramp sualtı qayıqlarının nüvə hərəkət etdirmək niyyətlərini şərh edib.
Teleqraf xəbər verir ki, o, Moskva ilə gələcək münasibətlərlə bağlı sualı da cavablandırıb.
D.Tramp deyib: "Dmirti Medvedev nüvə silahı haqqında danışmağa başladı və söhbət nüvə silahından gedirsə, biz hər şeyə hazır olmalıyıq və biz tamamilə hazırıq".
ABŞ Prezidenti Rusiya ilə münasibətlərin gedişi ilə bağlı əlavə edib: "Görək nə olacaq. Bir neçə görüşümüz olacaq və nə baş verəcəyini görəcəyik".