BAKI, 1 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə son onilliklərin ən böyük tikinti layihələrindən birini həyata keçirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, o, bu barədə NBC kanalına açıqlamasında bildirib.
Onun planına əsasən, Ağ Evin Şərq qanadında yerləşən və adətən birinci xanımın ofisi kimi istifadə olunan sahə söküləcək və yerində böyük bir mərasim zalı tikiləcək.
Zalın 200 milyon dollara başa gələcəyi gözlənilir.
Tramp bildirib ki, mərasim zali tədbirlər zamanı çadır qurmaq zərurətini aradan qaldıracaq.
Onun sözlərinə görə, Ağ Evdə böyük tədbirlərin keçirilməsi üçün kifayət qədər yer yoxdur.
Tikinti işləri sentyabrda başlayacaq və layihənin Trampın prezidentlik müddəti başa çatmamış tamamlanması planlaşdırılır. Layihə Trampın şəxsi vəsaiti və sponsorların ianələri ilə maliyyələşdiriləcək.



