BAKI, 1 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə 15%-lik rüsumları təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin saytında qeyd olunub.
ABŞ-nin əlavə tariflər tətbiq etdiyi ölkələr arasında Yaponiya, İndoneziya, Böyük Britaniya, Əfqanıstan, Əlcəzair, Braziliya, İslandiya, Pakistan, Suriya, İsrail, İraq, Qazaxıstan, Moldova, Norveç, Yeni Zelandiya, Serbiya, İsveçrə, Venesuela, Vyetnam, Hindistan və digər ölkələrin adları var.
Sözügedən tarif dərəcələri fərmanın dərcindən 7 gün sonra qüvvəyə minir.