BAKI, 31 iyul. TELEQRAF
ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harris böyük ehtimalla keçmiş dövlət başçısı Co Baydenin vəziyyətinin pisləşməsi ilə bağlı ifadə vermək üçün Konqresə çağırılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatı Komitəsinin sədri Ceyms Komer məlumat verib.
O, Fox News-a müsahibəsində deyib: "Kamala Harrisin Kaliforniya ştatının qubernatorluğuna namizədliyini irəli sürməməsinin yaxşı tərəfi odur ki, onun Nümayəndələr Palatasının Nəzarət Komitəsinə gəlib Baydenin idrak qabiliyyətinin azalması ilə bağlı ifadə verməyə daha çox vaxtı olacaq. Bu mənada Kamala Harrisin çağırış vərəqəsi alma ehtimalı çox yüksəkdir".
Xatırlada ki, K.Harris gələn il Kaliforniya qubernatorluğuna namizədliyini irəli sürməyəcəyin bildirib.
İyunun 5-də ABŞ Prezidenti Donald Tramp sələfinin səhhəti və köməkçilərinin sənədləri imzalamaq üçün avtoqələmdən istifadə etməsi ilə bağlı araşdırma aparılmasına göstəriş verib.