BAKI, 31 iyul. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna və ABŞ-nin ilə irimiqyaslı silah tədarükü ilə bağlı razılığa gəldiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, rəsmi "Telegram" kanalında yazıb.
V.Zelenskinin sözlərinə görə, Kiyev və Vaşinqton arasında yeni razılaşmalar “hər iki ölkəni mütləq gücləndirəcək”.
O, həmçinin amerikalılara guya “Rusiyaya təzyiq etdiklərinə” görə təşəkkür edib.
Amma Prezident ABŞ-dən Ukraynaya hansı növ silahların göndərilməsinin planlaşdırıldığını və müqavilənin təfərrüatlarını açıqlamayıb.