BAKI, 28 iyul. TELEQRAF

Ukraynada gedən münaqişənin həlli istiqamətində heç bir real irəliləyiş müşahidə etmirəm.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

O, bu səbəbdən Rusiya ilə razılaşmaya nail olmaq üçün əvvəl müəyyən etdiyi 50 günlük müddəti 10–12 günə endirdiyini açıqlayıb.

"Artıq gözləməyin mənası yoxdur",- Tramp qeyd edib.