BAKI, 27 iyul. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı Fransanın Fələstini dövlət kimi tanımaq niyyətini alqışlayıb.
Teleqraf xəbər verir ki, telefon danışığı zamanı prezidentlər Qəzzadakı vəziyyəti müzakirə ediblər .
Ərdoğanın sözlərinə görə, sektorda humanitar vəziyyət daha da pisləşib, ona görə də problemin həlli yolunun təcili tapılması lazımdır.
İyulun 24-də Makron bu ilin sentyabrında BMT Baş Assambleyasının iclasında ölkə hakimiyyətinin Fələstin dövlətini rəsmən tanımaq niyyətində olduğunu bəyan edib . Onun sözlərinə görə, hazırda Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və mülki əhaliyə yardımın göstərilməsinə ciddi ehtiyac var.
ABŞ dövlət katibi Marko Rubio X sosial şəbəkəsində yazıb ki, Amerika hakimiyyəti Fransanın Fələstini tanımaq qərarını qətiyyətlə rədd edir.
Bundan əvvəl İsrail Ədliyyə Nazirliyi Makronun Fələstini tanımaq qərarını Fransa tarixində qara ləkə adlandırmışdı .