BAKI, 27 iyul. TELEQRAF

Amerikanın Travers Siti (Miçiqan) şəhərində supermarketə naməlum şəxsin bıçaqla hücumu nəticəsində ən azı 11 nəfər xəstəxanaya yerləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb .

Yerli hüquq-mühafizə orqanlarından şübhəlinin saxlanıldığını bildirilib: "Şübhəli şəxs həbsdədir, hadisənin təfərrüatları ilə bağlı məlumat hazırda məhduddur".

Polis hadisə ilə bağlı araşdırma aparır. Hücum edənin motivləri və xəsarət alanların səhhəti barədə hələlik məlumat verilmir.