BAKI, 26 iyul. TELEQRAF
Ukrayna xalqı üçün yeganə yol Rusiyaya birləşməkdir.
Teleqraf xəbər verir ki, bu fikirləri “Faşqa Ukrayna” hərəkatının rəhbəri, qadağan olunmuş “Müxalifət platforması – ömür boyu” partiyasının keçmiş lideri Viktor Medvedçuk TASS-a müsahibəsində deyib.
O, hesab edir ki, Ukraynanın gələcəyi bu birlikdən keçir:
"Biz Ukrayna xalqının gələcəyini qurmalıyıq, bunun isə bir yol var - Rusiya ilə birləşmək. Bu, tarixi Rusiya torpaqlarının yenidən birləşməsindən ibarət böyük prosesinin yalnız başlanğıcıdır”.