BAKI, 22 iyul. TELEQRAF.
Almaniya kansleri Fridrix Merts Qəzza zolağında hərbi əməliyyatları dayandırmaq və anklav əhalisinin humanitar yardıma çıxışını təmin etmək üçün İsrailə təzyiq etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə o, Berlində Çexiyanın Baş naziri Petr Fiala ilə birgə mətbuat konfransında bildirib.
O deyib: "Mən indi həqiqətən, həqiqətən də İsrail hökumətini genişmiqyaslı hərbi müdaxiləni dayandırmağa, atəşkəsi mümkün etməyə və hər şeydən əvvəl əhalinin humanitar yardıma çıxışını asanlaşdırmağa çağırmaq istəyirəm" .
Kansler Almaniyada hakim koalisiya daxilində bu məsələdə fikir ayrılığının olmadığını vurğulayıb.