Rəcəb Tayyib Ərdoğan Konstitusiyaya dəyişiklik etmədən də növbəti dəfə prezidentliyə namizəd ola bilər.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidentinin müşaviri Mehmet Uçlum deyib.

O bildirib: "R.T.Ərdoğanın yenidən namizəd ola bilməsi üçün yeni konstitusiya və ya hazırkı konstitusiyaya dəyişiklik tələb olunmur. Məsələn, parlament 2027-ci ilin üçüncü rübünün sonunda və ya 2028-ci ilin əvvəlində ən azı 360 deputat səs çoxluğu ilə yeni seçkilərin keçirilməsinə qərar verərsə və Ərdoğan namizəd olmağa razı olarsa, o, bunu sonuncu dəfə edə bilər"