BAKI, 20 iyul. TELEQRAF

Pentaqon rəhbəri Pete Hegseth iyulun 18-də İsrailin müdafiə naziri İsrael Katzı 12 günlük müharibədəki "gözəl performans"a görə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sean Parnell bildirib.

Onun sözlərinə görə, nazir Heqseth İsrailin özünü müdafiə etmək üçün cəsarətli addımlar atmasını alqışlayıb. Nazir vurğulayıb ki, Müdafiə Nazirliyi Prezident Trampın güc vasitəsilə sülhə nail olmaq missiyası çərçivəsində İsrailin özünü müdafiə qabiliyyətini gücləndirməyə davam edəcək. İki lider ümumi təhdidlərin aradan qaldırılması və regionda sülhün bərqərar olması üçün birgə işləmək barədə razılığa gəliblər.