BAKI, 19 iyul. TELEQRAF
Son 3,5 ildə Rusiya Qəhrəmanı adı Rusiyanın 480 vətəndaşına verilib.
Teleqraf xəbər verib ki, bu barədə "RİA Novosti” Rusiya Federasiyası prezidentinin fərmanlarına və rəsmi məlumatlarına istinadən xəbər yayıb.
Mükafatlandırılanların böyük əksəriyyəti (460 nəfər) xüsusi hərbi əməliyyatın iştirakçılarıdır. Xüsusi hərbi əməliyyat iştirkaçılarının ən çoxu Buryatiyanı (19), Transbaykal ərazisini (16), Dağıstanı (15) və Yakutiyanı (12 nəfər) təmsil edir. Xüsusi əməliyyat iştirakçıları arasında ölümündən sonra Rusiya qəhrəmanı adı alan ilk şəxs dağıstanlı Nurməhəmməd Qadzimaqomedov olub.
Eləcə də 2022-ci ildə 150-dən çox əsgər yoldaşını pusqudan xilas edən Buryatiyalı Baldan Tsıdıpovun şücaətinə görə bu ada layiq görülüb.
Bu həftə isə Vladimir Putin 30 aprel 1945-ci ildə Reyxstaqda bayraq qaldıran qrupa rəhbərlik edən İkinci Dünya müharibəsi veteranı Aleksey Berestə ölümündən sonra Rusiya Qəhrəmanı adı verib. 1970-ci ildə Berest öz həyatı bahasına uşağı qatar altında qalmasından xilas edib.