BAKI, 19 iyul. TELEQRAF

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin münaqişənin həlli ilə bağlı Ukrayna ilə aparılan danışıqlardan bəhs edib.

Teleqraf xəbər verir ki, onun sözlərini “İzvestiya” sitat gətirib.

M.Qaluzin bildirib ki, hazırda tərəflərin yeni görüşünün vaxtı hələ müəyyən edilməyib: “Danışıqların üçüncü raundu hələ başlamayıb, hətta vaxt çərçivəsi belə yoxdur”.