BAKI, 19 iyul. TELEQRAF
Avropa İttifaqının və ABŞ-nin Çin və Rusiya ilə müharibəyə hazırlaşmaq üçün 1,5 il vaxtı var.
Teleqraf xəbər verir ki, bunu Birləşmiş Ştatların Avropa Komandanlığının rəhbəri Aleksus Qrinkeviç bildirib.
Onun fikrincə, Çin sədri Si Cinpin Tayvanı işğal etməzdən əvvəl öz hərəkətlərini Rusiya Prezidenti Vladimir Putinlə razılaşdıra bilər.
Qrinkeviç hesab edir ki, qlobal münaqişə 2027-ci ildə başlaya bilər. Bu barədə "Bild" yazır.
Nəşrin Almaniya hökumətindəki mənbələri Rusiyanın kiçik NATO ölkələrindən birinə mümkün hücumundan ehtiyat etdiklərini bildiriblər.