BAKI, 18 iyul. TELEQRAF
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Baş nazir Benyamin Netanyahuya müraciət edərək “ağlını başına yığmasını” və HƏMAS-la atəşkəs danışıqlarının dayandırmasını tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Ben-Gvir “terrorçularla" danışıqları dayandırmağın gec olmadığını bildirib.
O, Cənubi Qəzzada, Rafah və Xan -Yunis şəhərlərini ayıran 12 km-lik Morag koridorundan İsrail qüvvələrinin çəkilməsi ehtimalını tənqid edib.
"Morag Koridoru bizim əsgərlərimizin qanı ilə qazanılan strateji bir mövqedir və ondan çəkilmək onların üzünə tüpürmək deməkdir", - nazir qeyd edib.
Qeyd edək ki, ifrat sağ meylli Otzma Yehudit (İsrail gücü) partiyasının rəhbəri olan Ben-Qvir Netanyahunun "Likud" partiyasının başçılıq etdiyi koalisiyanın üzvüdür.