BAKI, 17 iyul. TELEQRAF
Rusiyada "Yeni İnsanlar" partiyasının deputatları təklif ediblər ki, Rusiya vətəndaşı olmayan uşaqlar dövlət məktəblərində yalnız pullu əsasla oxuya bilsinlər.
Teleqraf xəbər verir ki, bu barədə onlar ölkənin təhsil naziri Sergey Kravtsova məktub ünvanlayıblar.
Deputatların fikrincə, miqrant uşaqların pulsuz oxuması büdcəyə əlavə yük yaradır, məktəblərdə yer çatışmır, müəllimlər çox yüklənir və bu uşaqlar rus dilini zəif bildikləri üçün dərslər də ləngiyir.