BAKI, 17 iyul. TELEQRAF
Ukraynanın Kramatorsk şəhərində (Donetsk vilayəti) Rusiya ordusunun raket və dronlarla həyata keçirdiyi hücum nəticəsində 7 nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə şəhərin hərbi administrasiyasının rəhbəri Oleksandr Qonçarenko bildirib.
Onun sözlərinə görə, yaralılara tibbi yardım göstərilir.
"Hücum nəticəsində yaşayış binaları və infrastruktur ciddi ziyan görüb",- O. Qonçarenko bildirib.


.jpg)
