BAKI, 17 iyul. TELEQRAF
Kubanın əmək və sosial təminat naziri Marta Elena Feyto Kabrera ölkədə “yoxsulların olmadığını” bəyan etdikdən sonra istefa verib.
Teleqraf xəbər verir ki, prezident administrasiyası bu barədə məlumat yayıb.
Məlumata görə, bu barədə qərar araşdırmadan sonra qəbul edilib.
Nazirin istefasına səbəb olan açılaqma bundan ibarətdir: "Biz dilənçiyə oxşayan insanları görürük. Onların əllərinə, geyimlərinə baxsanız, onlar yoxsul qiyafəsindədirlər, amma dilənçi deyillər. Kubada yoxsulluq yoxdur".
O, əlavə edib ki, avtomobillərin ön şüşələrini yuyanlar "alkoqollu içkilərə pul xərcləyirlər", zibilliklərdən zibil yığanlar isə bunu "vergidən yayınmaq üçün" edirlər.