BAKI, 17 iyul. TELEQRAF
Amerika Birləşmiş Ştatları iri iqtisadiyyatı olmayan 150 ölkədən mallara 10-15% idxal rüsumları tətbiq etməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp müsahibəsində belə deyib.
O bildirib: "Biz nəhəng iqtisadiyyatı olmayan 150 ölkə üçün bir rəqəm yazacağıq. Biz sadəcə bir rəqəm dərc edəcəyik və bu, yəqin ki, 10 və ya 15 faiz olacaq, hələ qərar verməmişik, bu, böyük bir işdir".