BAKI, 17 iyul. TELEQRAF

Böyük Britaniyada bir neçə yeniyetmə “Rusiya və İrana işləyən” cinayətkar qruplarla işləməkdə şübhəli bilinir.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Nəşrin məlumatına görə, polis Böyük Britaniyaya qarşı ən çox düşmənçilik fəaliyyətinin “Rusiya, İran və Çindən gəldiyini” bildirib.

2018-ci ildən bəri belə halların sayı 5 dəfə artıb. Metropoliten polisinin terrorla mübarizə şöbəsinin rəhbəri Dominik Merfi gənc britaniyalıların “Rusiya dövlətinin və “Vaqner Qrupunun” təsiri altına düşmə" hallarının artması ilə bağlı xəbərdarlıq edib.