BAKI, 14 iyul. TELEQRAF

Qəzza zolağının şimalında İsrail ordusunun həyata keçirdiyi əməliyyat zamanı daha bir jurnalist həyatını itirib.

Teleqraf xəbər verir ki, Zeytun məhəlləsinə edilən hücumda biri jurnalist Fadi Xəlifə olmaqla iki nəfər həyatını itirib.

Beləliklə, İsrailin Qəzza zolağına hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən bəri həyatını itirən jurnalistlərin sayı 230-a çatıb.