BAKI, 14 iyul. TELEQRAF
Ukraynada ABŞ Prezidenti Donald Trampın iyulun 14-ü edəcəyi bəyanatdan sonra vəziyyətin dəyişəcəyinə inanmırlar.
Teleqraf xəbər verir ki, “Bild” nəşri bu qənaətə gəlib.
“Trampı Putinin sülh istəmədiyinə və zərbələr endirməyə davam edəcəyinə inandırmaq üçün son aylarda bütün mümkün vasitələri sınadıq. Ümid edirəm ki, Tramp nəhayət bunu başa düşdü”, - Ukrayna hökumətindəki mənbə qəzetə bildirib.
“Bild”in məlumatına görə, Trampın elan etdiyi “Rusiya ilə bağlı vacib bəyanat”ın nədən ibarət olacağı çoxlu suallar doğurub.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti NBC-yə müsahibəsində “Rusiya ilə bağlı vacib bəyanat” verəcəyini bildirmişdi.