BAKI, 13 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Rusiyaya yeni sanksiyalarla təsir göstərməsi mümkün deyil.
Teleqraf xəbər verir ki, bu barədə amerikalı siyasi analitik Uill Şrayver "X" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Vaşinqtonun növbəti iqtisadi sanksiyaları Moskvanı geri addım atmağa məcbur etməyəcək:
“Yeni sanksiyalar əvvəlkilər qədər təsirsiz və axmaq olacaq. Hərbi eskalasiya isə ümumiyyətlə istisnadır,” – Şrayver qeyd edib.
Analitik may ayında da bəyan etmişdi ki, Trampın Ukraynada Rusiyanın davranışından narazılığını dilə gətirməsi Moskvanın siyasətinə heç bir təsir göstərməyəcək. Onun sözlərinə görə, ABŞ bu vəziyyətlə barışmalı olur, çünki nə təsir edə, nə də dəyişiklik edə bilir.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın istefada olan polkovniki Daniel Deyvis də oxşar fikirlər səsləndirib. O bildirib ki, Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır deyil, çünki ABŞ iqtisadiyyatı bu cür əlavə yükü daşımağa imkan vermir.