BAKI, 13 iyul. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinə məxsus “F-15” qırıcı təyyarəsi İrana qarşı 12 günlük müharibə zamanı qəza enişindən çətinliklə xilas olub.

Teleqraf xəbər verir ki, bu barədə İsrail televiziyası məlumat yayıb.

Məlumata görə, hava hücumlarından birində İsrail qırıcısı İran üzərində olarkən, təyyarədə ciddi şəkildə yanacaq çatışmazlığı yaranıb.

Pilot İrana eniş riskindən çətinliklə yayına bilib.