BAKI, 13 iyul. TELEQRAF

Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen In bildirib ki, Rusiya və KXDR bütün strateji məsələlərdə mövqe birliyini nümayiş etdirir.

Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

K.Ç.In bu barədə Vonsanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı bildirib.

Agnetliyin məlumatında qeyd olunur: "Yoldaş Kim Çen In bildirib ki, Rusiya və KXDR, müttəfiqlik münasibətlərində olduğu kimi, bütün strateji məsələlərdə eyni fikirdədir".

Görüş zamanı Kim həmçinin Ukrayna münaqişəsinin həllində Rusiya rəhbərliyinə “şərtsiz dəstəyini” təsdiqləyib.

İyulun 11 və 12-də S.Lavrov KXDR-ə səfər edib. Onun çərçivəsində o, Şimali Koreyanın xarici işlər naziri Çoi Son Xi ilə danışıqlar aparıb və Kim Çen Inla görüşüb. Lavrov sonuncuya prezident Vladimir Putinin bütün razılaşmalara sadiqliyini təsdiq etdiyi mesajını çatdırıb. Diplomat həmçinin KXDR-ə MDM çərçivəsində göstərdiyi dəstəyə görə təşəkkür edib və iki ölkə arasındakı münasibətləri “məğlubedilməz qardaşlıq” adlandırıb. Bundan əvvəl Putin Kim Çen Ina birbaşa təmasların davam etdiriləcəyinə ümidlə mesaj verib.