BAKI, 13 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Baş prokuroru Pam Bondinin 2020-ci il seçkilərində saxtakarlıq faktlarının olub-olmadığını araşdırdığını bildirib.

Teleqraf xəbər verir ki, o, öz sosial şəbəkə hesabında belə yazıb.

Amerika lideri bildirib: "2020-ci il seçkiləri saxtakarlıq və oğurluq idi. Onlar 2024-cü ildə də eyni şeyi etməyə çalışdılar. Bondi Baş Prokuror kimi bunu araşdıracaq".

Xatırladaq ki, 2020-ci ildə Tramp seçkilərin nəticələrini və Co Baydenin qələbəsini tanımaqdan imtina etmişdi.