BAKI, 12 iyul. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko daha çox Rusiya və Ukraynadan olan 245 nəfərin Belarus vətəndaşlığına qəbul edilməsi haqqında fərman imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə “BelTA” xəbər agentliyi Belarus liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, dövlət başçısı ölkədə yaşayan əcnəbilərin vətəndaşlığa qəbulu ilə bağlı müraciətlərini təmin edib. Belarusun yeni vətəndaşları 16 ölkədən gələnlər olub: Ukrayna, Rusiya, Moldova, Qazaxıstan, Ermənistan, Latviya, Misir, İran, Livan, Suriya və s.

Lukaşenko Belarus qanunlarını dəfələrlə pozan şəxslərin vətəndaşlığa qəbulla bağlı müraciətlərinin rədd edilməsi barədə də qərar qəbul edib.