BAKI, 11 iyul. TELIEQRAF
"ABŞ Prezidenti Donald Tramp hesab edir ki, müharibələr pul və can itkisidir".
Teleqraf xəbər verir, Birləşmiş Ştatların dövlət katibi Marko Rubio belə deyib.
Onun sözlərinə görə, D.Tramp Rusiya-Ukrayna müharibəsində insan itkilərindən dərin narahatdır. Rubio xatıladıb ki, ABŞ prezidenti 2025-ci ilin yanvarından bəri Rusiya 100 min əsgər itirdiyini, Ukraynanın isə daha az itki verdiyini xatırladıb.
M.Rubio bildirib: "Trampın imkanı olsa, bu müharibəni və istənilən başqa müharibələri bitirmək üçün əlindən gələni edəcək. Əvvəllər də olduğu kimi, bu məqsədlə işləməyə davam edəcək. Biz başa düşürük ki, belə işlər vaxt və səbr tələb edir. Amma təbii ki, biz də irəliləyişin olmamasından məyusuq. Ümid edirik ki, bugünkü (Lavrovun Ukraynada sülhlə bağlı təklifləri - red.) və yaxın günlərdə Rusiyanın dəqiq mövqeyi və prioritetlərini aşkara çıxaracaq və biz irəliləməyə başlaya biləcəyik”.