BAKI, 10 iyul. TELEQRAF
Ukrayna Silahlı Qvvələrinin polkovniki Kiyevdə öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə yerli saytlar məlumat yayıb.
Qırx yaşlı İvan Voroniç səsboğucusu olan tapança ilə vurulub.
Küçədə ona yaxınlaşan naməlum şəxs 5 dəfə atəş açıb.
Aldığı xəsarətlər nəticəsində Voroniç yerindəcə keçinib.
Hücum edən şəxs hadisə yerindən qaçıb.
İ.Voroniç USQ xüsusi əməliyyat mərkəzinin 16-cı şöbəsinin 1-ci şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışırdı.