BAKI, 10 iyul. TELEQRAF
Salvador Prezidenti Nayib Bukele ölkənin Meksikadakı səfirini geri çağırıb.
Teleqraf xəbər verir ki, buna səbəb Meksikanın ictimai təhlükəsizlik və müdafiə naziri Ömər Qarsia Harfuşun Meksikanın Kolima ştatında səlahiyyətlilər tərəfindən saxlanılan narkotik daşıyan yüngül təyyarənin Salvadordan gəldiyi barədə bəyanatıdır.
Bukele vurğulayıb ki, Salvador cinayətkarlara sığınacaq vermir və narkotik ticarətinə göz yummur. O həmçinin bildirib ki, ölkənin heç bir əlaqəsi olmayan əməliyyatlara cəlb olunmasına icazə verməyəcək.
Salvador prezidenti Meksika hökumətindən bəyanata dərhal aydınlıq gətirilməsini, həmçinin Qarsiya Harfukun təkzib verməsini tələb edib.