BAKI, 9 iyul. TELEQRAF
ABŞ BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanesə qarşı sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Bu gün mən BMT-nin İnsan Haqları Şurasının xüsusi məruzəçisi Françeska Albaneze Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ və İsrail rəsmiləri, şirkətləri və liderlərinə qarşı hərəkətə keçməsinə dair qeyri-qanuni və biabırçı səylərinə görə sanksiya tətbiq edirəm ”, - deyə Rubio qeyd edib.
Rubio Albanesenin fəaliyyətini iki dövlətə qarşı siyasi və iqtisadi müharibə adlandırıb. Dövlət katibi bildirib ki, Vaşinqton həmişə tərəfdaşlarına özünümüdafiə naminə dəstək verəcək.