BAKI, 9 iyul. TELEQRAF
İsveç və Finlandiyanın alyansa qoşulmasından sonra Baltik dənizi “NATO-nun daxili dənizinə” çevrilib.
Teleqraf xəbər verir ki, bu bəyanatla Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış çıxış edib.
O, bu bəyanatı suüstü və hava vəziyyətinin monitorinqi üçün 18 sahil radarının tədarükü üzrə müqavilənin imzalanması zamanı səsləndirib.
Yeni radiolokasiya stansiyaları Polşa sahilləri boyunca və Rusiyanın Kalininqrad vilayəti ilə sərhəd bölgələrində yerləşdiriləcək. Sistem su və hava məkanında bütün hərəkətləri qeydə almağa imkan verəcək.
“Baltik dənizi sahillərinin gücləndirilməsi Polşanın NATO təhlükəsizliyinə töhfəsidir”, - Müdafiə Nazirliyinin dövlət katibi Pavel Beyda əlavə edib.