BAKI, 9 iyul. TELEQRAF
1999-cu ildən bəri İmralı həbsxanasında saxlanılan PKK lideri Abdullah Öcalan ilk dəfə video müraciət yayıb.
Teleqraf xəbər verir ki, Öcalan PKK üzvlərinə tərksilah çağırışını təkrarlayıb.
PKK-nın bu həftə rəsmi şəkildə tərksilah mərasimi keçirməsi gözlənilir. Öcalan videomüraciətində Türkiyə Böyük Millət Məclisində (TBMM) bağlı xüsusi tərksilah komissiyanın fəaliyyətini davam etdirərək prosesi yekunlaşdıracağına inamını bildirib.
Öcalan PKK-nın missiyasının yekunlaşdığını qeyd edib: "Ayrıca dövlət qurma məqsədinə əsaslanan PKK hərəkatı və onun dayandığı milli azadlıq müharibəsi strategiyasına son qoyulmuşdur. Mövcudluğumuz tanınmış, beləliklə əsas məqsəd gerçəkləşmişdir. Beləliklə təşkilat da öz dövrünü başa vurmuşdur. Bundan sonrası artıq təkrardır və çıxılmazlıq yaradır. Əsaslı tənqid və özünütənqid prosesi davam etməlidir".
Öcalan özünün həbsdən azad olunması məsələsinə də münasibət bildirib: "Bütün qərar mətnlərində mənim azadlığa buraxılmağım bir şərt kimi irəli sürülür. Ancaq bildiyiniz kimi mən heç vaxt şəxsi azadlığımı fərdi problem kimi görməmişəm. Fəlsəfi baxımdan da fərdi azadlıq cəmiyyətdən təcrid oluna bilməz. Fərd nə qədər azaddırsa, cəmiyyət də bir o qədər azad ola bilər. Cəmiyyət nə qədər azaddırsa, fərd də o qədər azad ola bilər".