BAKI, 8 iyul. TELEQRAF
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin tamamilə nəzarət altına almağa çox yaxındır.
Teleqraf xəbər verir ki, bu barədə “New York Times” (NYT) məlumat yayıb.
Məlumata görə, Donetsk ərazisində yerləşən və Ukrayna ordusu üçün mühüm təchizat məntəqəsi sayılan Konstantinovka şəhəri Rusiya qüvvələri tərəfindən demək olar ki, tam mühasirəyə alınıb.
Nəşr qeyd edir ki, Ukrayna Silahlı Qüvvələri üçün olduqca çətin şərait yaradılıb, onların hərəkət imkanları məhdudlaşdırılıb, mövqe dəyişməyə və təminat yollarından istifadə etməyə cəhdlər faktiki olaraq bloklanıb.