BAKI, 8 iyul. TELEQRAF

Keniyada 1990-cı ildə demokratiya tərəfdarı olan "Saba Saba" nümayişlərinin 35-ci ildönümü ilə əlaqədar keçirilən etirazlarda 10 nəfər ölüb, 29 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, Keniya Milli İnsan hüquqları 17 rayonda 10 ölüm, 29 yaralanma, 2 adam oğurluğu və 37 həbs faktının olduğunu təsdiqləyib.

Sosial şəbəkələrdə yayılan videolarda polis məmurlarının silahsız etirazçılara atəş açması əks olunub.

Müxalifət lideri Raila Odinqa mətbuat konfransında hökumətin repressiyalarını pisləyib və ölkənin getdikcə avtoritarlaşdığını vurğulayıb.