BAKI, 8 iyul. TELEQRAF
İsrailin İrana 12 günlük hücumları nəticəsində ölənlərin sayı 1100 nəfərə çatıb. Ölənlərin 126-ı qadın, 41-i uşaqdır.
Teleqraf xəbər verir ki, İranın vitse-prezidenti və Veteranlar Fondunun prezidenti Səid Ohedi İsrailin İrana hücumunda həlak olanların sayının 1100 nəfərə çatdığını bildirib.
İran rəsmisi ölkə daxilində baş verən hücumlarda təxminən 5600 nəfərin yaralandığını, 160 yaralının isə hələ də xəstəxanalarda müalicəsinin davam etdiyini bildirib.
İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.
Hücumlar zamanı yüksək rütbəli komandirlər və 9 nüvə alimi həlak olub.
İranın İsrailə hücumu nəticəsində isə 28 nəfər ölüb, 1272 nəfər yaralanıb.