BAKI, 7 iyul. TELEQRAF
Ukraynanın Donetsk və Dnipro bölgələrində gecə saatlarından səhərə qədər təcili xilasetmə əməliyyatları həyata keçirilib. Rusiya 101 pilotsuz uçuş aparatı ilə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında paylaşım edilib.
Hadisə nəticəsində 27 nəfər xəsarət alıb, onlardan üçü uşaqdır. Odessa şəhərində isə bir nəfər həyatını itirib.
Məlumata görə, Rusiya Ukraynaya qarşı 101 pilotsuz uçuş aparatı ilə hücum təşkil edib. Onların əksəriyyəti Rusiya-İran istehsalı olan "Şahed" tipli dronlardır.
Zelenski qeyd edib ki, son bir həftə ərzində Ukraynaya qarşı təxminən 1 270 dron, 39 raket və minə yaxın idarəolunan bomba ilə hücum edilib.
Throughout the night and into the morning, emergency rescue operations have been underway in the Donetsk and Dnipro regions. In Kharkiv, rubble is being cleared after a strike on apartment buildings. 27 people were injured, including three children. The youngest, a girl, is just… pic.twitter.com/5lhcjl75XX
— Volodymyr Zelenskyy / Володимир Зеленський (@ZelenskyyUa) July 7, 2025