BAKI. 5 iyul. TELEQRAF

Misir Qəzza zolağında atəşkəs razılaşmasının bütün iştirakçılarını qane edəcək yekun variantını hazırlamaq üçün yaxın saatlarda diplomatik təmasları intensivləşdirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, rəsmi Qahirə vasitəçilərin son təklifinə Fələstinin HƏMAS təşkilatından müsbət cavab alıb.

Bildirilir ki, razılaşmanın yekun variantı təsdiqləndikdən dərhal sonra Qəzzada 60 günlük atəşkəs elan olunacaq.