BAKI, 28 iyun. TELEQRAF

Birləşmiş Ştatlar Ukraynanı dəstəkləyir, lakin diqqətini silahlı münaqişənin diplomatik yolla həllinə yönəldir.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus “Fox News” telekanalında bildirib.

ABŞ rəsmisi deyib: "Ukraynanı ən çox dəstəkləyən bizik, bu barədə açıq danışırıq. Təbii ki, biz onlara kömək etdik, sammitlərin və sülh danışıqlarının mahiyyətini rəhbər tutduq”.

Bryus Ukrayna böhranının həlli üçün sülh danışıqlarının davam etdiyini vurğulayıb.