BAKI, 28 iyun. TELEQRAF
Rusiya və Türkiyə ticarətdə mövcud inzibati maneələrin aradan qaldırılması və turistlər üçün rahat ödəniş mexanizmlərinin yaradılması üzərində işləyirlər.
Teleqraf xəbər verir ki, bunu "Anadolu" Agnentliyinə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
O bildirib ki, rusiyalı turistlərin Türkiyəyə səfərini daha da rahatlaşdırmaq üçün müxtəlif addımlar atılır:
"Bu gün dünya həqiqətən də təlatümlü dövr yaşayır, bir çox çətinliklər və qeyri-müəyyənliklərlə üz-üzədir. Biz dünya bazarlarında, o cümlədən neft sektorunda qeyri-sabitlik görürük. Təbii ki, bu, dünya iqtisadiyyatı üçün də çətin vəziyyətdir".
Novak qeyd edib ki, Rusiya və Türkiyə qarşılıqlı ticarət-iqtisadi əlaqələrin, xüsusilə enerji, sənaye, nəqliyyat, kənd təsərrüfatı, sosial, həmçinin turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi məsələlərində maraqlıdır.