BAKI, 26 iyun. TELEQRAF
"Jurnalist Nataşa Bertran CNN-dən işdən çıxarılmalıdır!"
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Social Truth” hesabında yazıb.
"Mən onun üç gün ərzində feyk xəbərlərlə məşğul olduğunu müşahidə etdim. Ona dərhal töhmət verilməli, sonra isə "iti qovan kimi" qovulmalıdır. O, pilotlarımızı pis göstərməyə çalışaraq nüvə obyektləri haqqında yalan danışdı, halbuki onlar əla iş gördülər və "qızıl damara" düşdülər - (nüvə obyektini - red.) tam məhv etdilər! Ona CNN-də işləməyə icazə verilməməlidir. Məhz onun kimi insanlar bir zamanlar böyük olan bir kanalın nüfuzunu yerlə bir ediblər", - Tramp yazıb.
Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio bəzi yerli KİV-lərin ABŞ-nin İranın nüvə proqramını məhv etmədiyi, sadəcə onu bir neçə ay geri atdığı barədə məlumatlarını təkzib etmişdi.