BAKI, 25 iyun. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Haaqa sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla müharibəyə son qoymağın yollarını müzakirə edəcək.

Teleqraf “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin dəftərxanasının rəhbəri Andrey Yermak məlumat verib.

Onun sözlərinə görə, Haaqa danışıqları Ukraynaya dəstəyin davam etdirilməsinə, həmçinin Rusiyaya qarşı əlavə sanksiyalara yönələcək.