
BAKI, 23 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi zərbə əmri verməsi strateji səhv olub.
Teleqraf xəbər verir ki, bu barədə İran Pdonarlamentinin (Məclisin) sədri Məhəmməd Baqiri bildirib.
“Dəli ABŞ Prezidenti İrana qarşı rəsmi şəkildə müharibəyə başlayaraq və sionist rejimin (yəni İsrailin – red.) cinayətkar dəstəsini dəstəkləməklə öz strateji səhvini sonadək davam etdirdi",- o vurğulayıb.
O qeyd edib ki, bu addım bölgədə gərginliyi daha da artırır və ABŞ-nin öz maraqlarına da ciddi zərbə vurur.
İran rəsmiləri Trampın bu qərarını beynəlxalq hüquqa və regional sabitliyə qarşı təxribat kimi dəyərləndirirlər.